İsrailin hədəfindən olan İran rəsmilərinin adları açıqlanıb.
Bizim.Media xəbər verir ki, İsrailin 14-cü kanalı həmin şəxslərin siyahısını yayıb.
Siyahıda yeni seçilmiş ali lideri Müctəba Xameneinin, o cümlədən İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin, İran Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhsün Ejeinin, SEPAH-ın “Xatəm əl-Ənbiya” qərargahının komandanı Əli Abdullahinin, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın və SEPAH-ın baş komandanı Əhməd Vahidinin adı var.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media