Rusiya Prezidenti Vladimir Putinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hazırladığı videomüraciətin redaktə olunmamış versiyası Kreml tərəfindən səhvən yayımlanıb.
Bizim.Media xəbər verir ki, yayımlanmalı olan montaj edilmiş final versiya əvəzinə xam görüntülərin paylaşılması diqqət çəkib.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə Putinin çıxışı zamanı təxminən 30 saniyə ərzində öskürdüyü və daha sonra çəkilişin dayandırılmasını istədiyi anlar yer alıb. Kadrlarda Putinin həmin hissədən sonra videonun yenidən çəkilməsini xahiş etdiyi görünür.
Normalda Kreml çıxışın yalnız montaj edilmiş və son versiyasını yayımlamalı idi. Lakin texniki səhv nəticəsində yayımlanan xam video qısa müddətdə internetdə geniş yayılıb və müzakirələrə səbəb olub.
Hadisə ilə bağlı Kremlin rəsmi açıqlama verib-verməyəcəyi isə hələlik məlum deyil.
Bizim.Media