Türkiyə Aerokosmik Sənaye Şirkəti (TUSAŞ) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı bir layihəni açıqlayıb.
Bildirilib ki, Milli Muharip Uçak KAAN üçün hazırlanan bir komponentin bütün istehsal mərhələləri tamamilə qadın mühəndis və texniki mütəxəssislər tərəfindən həyata keçirilib.
Bizim.Media xəbər verir ki, TUSAŞ-ın məlumatına görə, layihə çərçivəsində komponentin konsept dizaynı, istehsal planlaşdırılması, texniki hazırlıq, istehsal əməliyyatları, keyfiyyət və tolerantlıq yoxlamaları, səth emalı, montaj və inteqrasiya kimi bütün mərhələləri qadın mühəndislər, texniklər və mütəxəssislərdən ibarət komanda tərəfindən icra edilib.
Hazırlanan komponent daha sonra KAAN-1 prototipinə uğurla inteqrasiya olunub.
Müdafiə və aviasiya sənayesində istehsal prosesləri yüksək dəqiqlik və mühəndislik peşəkarlığı tələb edir. TUSAŞ bildirir ki, bu layihə Türk qadınlarının müdafiə sənayesində artan rolunu və texniki bacarıqlarını nümayiş etdirir.
Mütəxəssislərin sözlərinə görə, yüksək texnologiyalı layihələrdə qadınların daha çox iştirak etməsi innovasiya potensialını artırır, texnoloji inkişafı sürətləndirir, sənayenin davamlı inkişafına töhfə verir.
KAAN layihəsində çalışan qadın mühəndislər və texniklər yalnız bir detal istehsal etməklə kifayətlənməyib, həm də Türkiyənin gələcək aviasiya və müdafiə vizionuna mühüm töhfə veriblər.
KAAN’ın gökyüzüne uzanan yolculuğunda her bir parça; emek, bilgi ve büyük bir özverinin sonucu.
— Türk Havacılık Uzay Sanayii (@TUSAS_TR) March 8, 2026
Kadın çalışanlarımızın titizlikle ürettiği bu kritik komponent, yalnızca bir üretim sürecini değil; azmi, ustalığı ve yüksek teknolojiyi bir araya getiren güçlü bir emeği temsil… pic.twitter.com/oFoKgfpqgl


Bizim.Media