İran silahlı qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki gəmini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü ILNA agentliyi İran Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Mənbə bildirir ki, İran təhlükəsizlik qüvvələri əməliyyat zamanı 15 min litr qaçaqmalçı yanacaq ələ keçirib.
Ehtimal olunur ki, qaçaqmalçılar yükü İrandan Fars körfəzi dövlətlərindən birinin ərazisinə gətirəcəkdilər.
İran hakimiyyəti Fars körfəzində qaçaqmalçıları ilk dəfə saxlamır. Belə ki, 20 noyabr 2020-ci ildə İran sərhədçiləri ən azı 300 min litr qaçaqmal yanacaq daşıyan Panama bayrağı altında üzən gəmini saxlayıblar.
Bizim.Media