Bu gün İran prezidenti Məsud Pezeşkian bölgədəki gərginlik fonunda bəzi ölkələrin vasitəçilik təşəbbüsləri ilə çıxış etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Pezeşkian “X” hesabında etdiyi paylaşımda qeyd edib.
“Bəzi ölkələr vasitəçilik təşəbbüslərinə başlayıb. Onlara cavabımız aydındır: Biz bölgədə davamlı sülhə sadiqik, ancaq ölkəmizin ləyaqətini və nüfuzunu müdafiə etməkdə heç bir tərəddüd etmirik”.
İran Prezidenti paylaşımında vurğulayıb ki, vasitəçilik təşəbbüsləri “İran xalqını qiymətləndirmədən münaqişəni başlayan tərəflərə” yönəlməlidir.

Bizim.Media