Xəbər verdiyimiz kimi, bir az öncə Gürcüstanda, Ermənistanın İrəvan, Gümrü və Vanadzor şəhərlərində, eləcə də Azərbaycanın Gəncə şəhərində, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Gəncə və digər rayonlarda zəlzələ olub.
Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, zəlzələ Gürcüstan "Pirveli" telekanalının efirində də hiss olunub.
Belə ki, studiyada əyləşən aparıcı zəlzələ zamanı özünü itirməyib və dərhal "Deyəsən, zəlzələdir!" elanını verib.
Bizim.Media