Bazar günü axşam saatlarında Gürcüstanla sərhəddə güclü zəlzələ baş verib. Zəlzələ İrəvanın bütün rayonlarında qeydə alınıb.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, zəlzələnin təfərrüatları dəqiqləşdirilir.
Güclü yeraltı təkanlar Ermənistanın ikinci şəhəri Gümrüdə də hiss olunub. Nəşrin müxbirinin sözlərinə görə, təkanlar təxminən 5 bal olub. Bəzi ərazilərdə işıqlar sönüb. İnsanlar binaları tərk edərək bayıra çıxıblar.
Əldə edilən məlumata görə, zəlzələ Vanadzorda da hiss olunub. Burada da şəhər sakinləri evlərini, binalarını tərk ediblər.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Gümrüdən 51 kilometr şimal-şərqdə, Taşir şəhərindən 16 kilometr şərqdə Gürcüstanda olub.
Bizim.Media