Ermənistan hesab edir ki, İran ətrafında yaranmış vəziyyət Cənubi Qafqaz regionuna mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda vəziyyəti izləmək və ölkə üçün mümkün mənfi nəticələri minimuma endirmək məqsədilə xüsusi işçi qrupu yaradılıb.
“Ermənistana çox yaxın yerləşən regionda baş verənlər kifayət qədər ciddi hadisələrdir və ümumilikdə regionun inkişafına mənfi təsir göstərir və gələcəkdə də göstərəcək”, – deyə Arutyunyan qeyd edib.
O vurğulayıb ki, İrəvan və Tehran arasında sıx əlaqələr mövcuddur, buna görə də Yaxın Şərqdəki hazırkı eskalasiya iki ölkə arasındakı əməkdaşlığa təsirsiz ötüşə bilməz.
“Bizim bütün sahələr üzrə kifayət qədər sıx əməkdaşlığımız var və mövcud vəziyyət, əlbəttə ki, bu proseslərə, xüsusilə iqtisadi sahədə təsir göstərir. Biz bu təsirləri yumşaltmaq üçün mümkün olan hər şeyi edirik”, – deyə o əlavə edib.
Bizim.Media