Ermənistan–İran sərhəd-keçid məntəqəsində yük maşınlarının kilometrlərlə uzanan növbəsi yaranıb.
Bizim.Media xəbər verir ki, sərhəd-keçid məntəqəsi texniki səbəblərə görə səhər saat 04:00-dan bağlanıb.
news.am saytının müxbirinin verdiyi məlumata görə, təxminən 20-dən çox İran vətəndaşı sərhəddə qalıb.
Bundan əlavə, İrana daxil olmaq istəyən Ermənistan vətəndaşları da var.
Onlar Ermənistan tərəfinin sərhəd məntəqəsindən keçsələr də, İran tərəfində internet əlaqəsinin olmaması səbəbindən ölkəyə buraxılmırlar və geri qayıtmağa məcbur qalırlar.





Bizim.Media