Ermənistan Polis Qüvvələri Komandirinin müavini Samvel Hakobyan istefa ərizəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi Qeqam Manukyan 22 dekabr Yerevandakı Respublika Meydanında keçirilən mitinq zamanı söyləyib.
Onun sözlərinə görə, İrəvan-İcevan yolu da artıq bağlıdır.
“İcevanlı etirazçılar həmyerliləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Yer kürəsi sözün əsl mənasında onun ayağının altından qaçır. İstefasını yalnız siyasi qüvvələr tələb etmir”,- deyə o vurğulayıb.
Babək Göyüş, Bizim.Media