Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze BƏƏ-də qalıb və hazırda ölkəyə qayıda bilmir.
Bizim.Media xəbər verir ki, şəhər meriyasının məlumatına görə, Kaladze həftəsonunu Əbu-Dabidə keçirib və İranda vəziyyətin kəskinləşməsi səbəbindən uçuş həyata keçirə bilmir.
KİV-lər bildirir ki, o, ailəsi ilə birlikdə ad gününü qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Bizim.Media