Dünən ABŞ dövlət katibi Marko Rubio İranı “qanunsuz həbslərin dövlət sponsoru” elan edib.
Bizim.Media “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, o, Tehranın xarici vətəndaşları, xüsusilə ABŞ vətəndaşlarını siyasi məqsədlərlə saxladığını bildirib və bu praktikanın dərhal dayandırılmasını tələb edib.
Rubio vurğulayıb ki, İran bütün ABŞ vətəndaşlarını azad etməli və girov siyasətinə son qoymalıdır. Onun sözlərinə görə, əgər Tehran bu addımları atarsa, Vaşinqton sözügedən təyinatı və əlaqəli tədbirləri ləğv edə bilər.
ABŞ rəsmisi xəbərdarlıq edib ki, əks halda Vaşinqton əlavə məhdudiyyətləri, o cümlədən amerikalıların İrana, İrandan və İran vasitəsilə səyahətinə mümkün qadağaları nəzərdən keçirəcək.
Rubio açıqlamasında İran İslam Respublikasının ilk illərinə də toxunaraq bildirib ki, 1979-cu ildə ABŞ səfirliyinin əməkdaşlarının girov götürülməsi rejimin siyasi alətinə çevrilmişdi.
Bizim.Media