Ermənistanın Rusiya ilə mövcud münasibətləri transformasiya mərhələsindən keçir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Varşavada xarici səfirlər və analitik mərkəzlərin nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, bu münasibətlər bir sıra amillərin təsiri ilə dəyişir.
“2020-ci ilin noyabrında Azərbaycanla atəşkəsin əldə olunmasında Rusiya Prezidenti Vladimir Putinin rolu həlledici idi”, — deyə Paşinyan əlavə edib.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanın 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı heç bir planı yoxdur.
“Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var — iqtisadi və siyasi əlaqələr qurulub”, — deyə Ermənistanın baş naziri qeyd edib.
Bizim.Media