İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
Bizim.Media xəbər verir ki, Pezeşkian Ermənistan və Azərbaycan arasındakı sülh sazişindən danışıb.
İran lideri bu prosesi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı yolunda müsbət addım adlandırıb.
"Bizim əsas siyasətimiz regionda sülh, sabitlik və davamlı təhlükəsizliyi dəstəkləməkdir. Biz heç bir şəkildə qeyri-sabitlik və ya gərginlik tərəfdarı deyilik, çünki hər hansı bir qeyri-sabitlik regionun bütün ölkələrinə zərər verəcəkdir", - Pezeşkian deyib.
Bizim.Media