Ermənistanda etirazçılar Baş Prokurluğun binasının yaxınlığına toplaşaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Baş Prokurorluğun əsas girişində səs cihazlarının quraşdırıldığı maşın yerləşdirilib.
Binanın giriş hissəsi xüsusi texnika və avadanlıqla polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Qeyd edilib ki, etirazçılar təmkinli davranırlar, hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhrik etmirlər.
Xatırladaq ki, Paşinyanın Qarabağda atəşkəs barədə razılaşma imzalamasından sonra Ermənistanda kütkləvi mitinqlər keçirilir. Etirazçılar Baş nazirin istefasını tələb edirlər.
Bizim.Media