Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 253 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşım edib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 458 min 142 nəfərin test edildiyi, 95 min 065 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 758 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Bizim.Media