“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

Almaniya və İsveç hökumətləri İranda yaşayan vətəndaşlarına ölkəni təcili şəkildə tərk etmələri ilə bağlı çağırış ediblər.

Bizim.Media xəbər verir ki, İranda artan gərginlik fonunda Almaniyanın Tehrandakı səfirliyi sosial media hesabında “İrandakı alman vətəndaşlarına ölkəni tərk etmək üçün daha bir təcili çağırış” başlıqlı açıqlama yayıb.

Bildirilib ki, həm ölkə daxilində, həm də regionda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır.
Açıqlamada təhlükəsizlik şəraitinin daha da pisləşə biləcəyi və hərbi toqquşma ehtimalının istisna olunmadığı vurğulanıb. Bu səbəbdən Almaniya vətəndaşlarına İranı tərk etmələri ilə bağlı çağırışın yenidən edildiyi qeyd olunub.
 

Eyni zamanda, bəyanatda bildirilib ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə Almaniya Xarici İşlər Nazirliyi və Tehrandakı səfirlik vətəndaşlara ölkəni tərk etmək üçün “demək olar ki, heç bir dəstək” göstərə bilməyəcək. Alman vətəndaşlarına mövcud bütün nəqliyyat imkanlarından istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunub.


İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard isə “X” sosial media platformasındakı paylaşımında İsveç Xarici İşlər Nazirliyinin İrana səfər etməmək barədə tövsiyələrinin qüvvədə olduğunu xatırladıb.

Nazir İranda olan İsveç vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı çağırışını təkrarlayaraq, hazırda İranı hava və quru yolu ilə tərk etməyin mümkün olduğunu bildirib.

Onun sözlərinə görə, İsveç vətəndaşları imkan yarandığı anda İranı tərk etməli və gözləməməlidirlər. Stenerqard vurğulayıb ki, İranda qalmaq qərarı verən şəxslər böyük məsuliyyət daşıyırlar və hazırkı mərhələdə Xarici İşlər Nazirliyi təxliyə ilə bağlı yardım göstərə bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

Bakıda qardaşlar TUTULDU – FOTO

Bakıda qardaşlar TUTULDU – FOTO

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Cəbrayılda güclü YANĞIN – VİDEO

Cəbrayılda güclü YANĞIN – VİDEO

Tarix açıqlandı: 100 milyon kiloqramlıq qalıq Yer kürəsinə düşəcək

Tarix açıqlandı: 100 milyon kiloqramlıq qalıq Yer kürəsinə düşəcək

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsinin həbs müddəti UZADILDI

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsinin həbs müddəti UZADILDI

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

KİV: Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

KİV: Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı TƏSDİQLƏNDİ

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı TƏSDİQLƏNDİ

Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı

Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

"Bəyənmədim, bunu etmək üçün gecikib"

"Bəyənmədim, bunu etmək üçün gecikib"

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

End of content

No more pages to load

RADİO