Azərbaycan Xocavənd istiqamətində meyiti tapılan daha bir erməni əsgərinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilir ki, cəsədin kimə məxsus olması məhkəmə-tibbi ekspertizasından təyin olunacaq.
Qeyd edək ki, axtarışlar nəticəsində 44 günlük müharibə zamanı həlak olmuş 1710 erməni əsgərinin qalıqları aşkar edilib.
Bizim.Media