Volodin: “Avropa İttifaqının liderləri vəzifələrindən gedəcək, ancaq Putin...”

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Münhen Təhlükəsizlik Konfransında Avropa İttifaqı rəhbərlərinin çıxışlarını təhlil edərək bildirib ki, bəzi Avropa liderləri artıq siyasi proseslərin kənarında qaldıqlarını dərk etməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Onların söylədiklərini təhlil edərək belə nəticəyə gəlmək olar ki, siyasi proseslərin kənarında qaldıqlarını anlamağa başlayıblar”, — deyə Dövlət Dumasının spikeri qeyd edib.
 

Volodin belə siyasətçilər arasında Finlandiya prezidenti Aleksandr Stubbun adını çəkib. Onun fikrincə, fin liderinin konfransdakı bəyanatı ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı vətəndaşları qarşısında bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilə bilər.


Volodin xatırladıb ki, Finlandiyaya “heç kim və heç nə” təhdid yaratmırdı və ölkə ucuz Rusiya təbii resursları və investisiyaları hesabına inkişaf edirdi. O vurğulayıb ki, “bu gün nə birincisi, nə də ikincisi var”.

Volodinin sözlərinə görə, mövcud beynəlxalq şəraitdə güclü liderlər özlərinə bəraət qazandırmır və başqalarını “parlaq gələcək”lərinə inandırmağa çalışmırlar. O hesab edir ki, bu cür davranış Avropa siyasətçilərinin Rusiyanın və prezident Vladimir Putinin mövqelərinin möhkəmlənməsi fonunda zəifliyini göstərir.
 

“Bütün bu liderlər vəzifələrindən gedəcək. Kimisi bu il, kimisi gələn il. Və yalnız Rusiyanın başında Putin qalacaq”, — deyə Volodin əlavə edib.


Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Avropa ölkələri artıq özlərinin hətta xidmətçi mövqedə olduqlarını hiss etməyə və dərk etməyə başlayıblar. Onun sözlərinə görə, okeanın o tayındakı tərəfdaşlar avropalılarla hətta rəqiblərlə danışmadıqları tərzdə danışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Alimlərdən yuxularla bağlı KƏŞF

Alimlərdən yuxularla bağlı KƏŞF

Kərkicahan sakini: "Ermənilər bizə "Siz türksünüz" deyirdilər" - VİDEO

Kərkicahan sakini: "Ermənilər bizə "Siz türksünüz" deyirdilər" - VİDEO

İran geri çəkildi - Nüvə sazişinə də hazırdır

İran geri çəkildi - Nüvə sazişinə də hazırdır

Həcc ziyarəti ilə bağlı mühüm addım: Martın 7-dək...

Həcc ziyarəti ilə bağlı mühüm addım: Martın 7-dək...

Çingiz Abdullayev: "Sanki alçalaraq pul istəyirik"

Çingiz Abdullayev: "Sanki alçalaraq pul istəyirik"

Kovalenko: “Azərbaycanla Ukrayna arasında münasibətlər həmişə yüksək olub”

Kovalenko: “Azərbaycanla Ukrayna arasında münasibətlər həmişə yüksək olub”

“İnter” “Yuventus”a qalib gəldi - VİDEO

“İnter” “Yuventus”a qalib gəldi - VİDEO

Bələdiyyələr torpaq satışı ilə bağlı qanunları NECƏ POZUR?

Bələdiyyələr torpaq satışı ilə bağlı qanunları NECƏ POZUR?

Daha bir ərazidə söküntü - 2700 manat VERİLƏCƏK

Daha bir ərazidə söküntü - 2700 manat VERİLƏCƏK

Hindistan İsraildən milyardlarla dollarlıq silah alır

Hindistan İsraildən milyardlarla dollarlıq silah alır

SABAHIN HAVASI - Temperatur 20 dərəcəyədək yüksələcək

SABAHIN HAVASI - Temperatur 20 dərəcəyədək yüksələcək

Rusiyada kişi ana və bacısını bıçaqladı - Onlardan biri həyatını itirdi

Rusiyada kişi ana və bacısını bıçaqladı - Onlardan biri həyatını itirdi

Volodin: “Avropa İttifaqının liderləri vəzifələrindən gedəcək, ancaq Putin...”

Volodin: “Avropa İttifaqının liderləri vəzifələrindən gedəcək, ancaq Putin...”

Trampın qızı mini-libasda həyat yoldaşı ilə görüntüləndi

Trampın qızı mini-libasda həyat yoldaşı ilə görüntüləndi

Amerikalı analitik: Ukraynadakı münaqişənin nəticəsi iki il əvvəl bəlli idi

Amerikalı analitik: Ukraynadakı münaqişənin nəticəsi iki il əvvəl bəlli idi

Ronaldonun həyat yoldaşı Sevgililər Günündə yeni evini nümayiş etdirdi - VİDEO

Ronaldonun həyat yoldaşı Sevgililər Günündə yeni evini nümayiş etdirdi - VİDEO

Rusiyada xiyarın qiyməti rekord həddə yüksəldi

Rusiyada xiyarın qiyməti rekord həddə yüksəldi

End of content

No more pages to load

RADİO