“Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa, Türkiyə nüvə yarışına qoşulmağa məcbur qalacaq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın nüvə silahına sahib olma ehtimalını şərh edərkən bildirib.
“Bu məsələni ümumi strateji vəziyyət kontekstində nəzərdən keçirmək lazımdır. Açığı, regionda mövcud qüvvələr balansını poza biləcək dramatik dəyişikliklər görmək istəmirik. İranla problemli məsələləri olan ölkələr nüvə silahına sahib olmağa can ata bilərlər. Bu halda biz də istəmədən bu yarışa qoşulmaq məcburiyyətində qala bilərik. Ona görə də düşünmürəm ki, bu, region üçün çox faydalı olsun”, — deyə Fidan CNN Türk telekanalının efirində bildirib.
Türkiyənin prinsip etibarilə nüvə silahına sahib olmaq istəyib-istəmədiyi barədə birbaşa suala isə nazir susqunluq və təbəssümlə cavab verib.
Bizim.Media