Ərdəbil şəhərində baş verən etirazlarla bağlı yeni görüntülər yayılıb.
Bizim.Media “Azad İran” Teleqaram kanalına istinadən xəbər verir ki, kadrlarda Yəhya meydanında zirehli maşının etirazçıların üzərinə doğru hərəkət etdiyi anların başqa rakursdan çəkilmiş görüntüsü əks olunub.
Yeni yayılan videolar yanvarın 10-da Ərdəbildə keçirilən etiraz aksiyaları zamanı qeydə alınıb. Görüntülərdən aydın olur ki, təhlükəsizlik qüvvələrinə məxsus zirehli maşın etirazçıların olduğu istiqamətə doğru irəliləyir.
Daha əvvəl yayımlanmış videolarda zirehli maşının bir neçə etirazçının üzərinə çıxdığı açıqlanmışdı. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media