Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının qapısı açıqdır.
Bizim.Media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Ukrayna məsələsi ilə bağlı Rusiyanın mövqeyi bəllidir, bunu amerikalılar və ukraynalılar bilirlər:
"Sülh yolu ilə həllin qapısı açıqdır. Ukrayna qərar verənə qədər “xüsusi hərbi əməliyyat” davam etdiriləcək".
Kreml sözçüsü Əbu-Dabidəki yeni danışıqların nəticələri barədə məlumat verməyi planlaşdırmadıqlarını da əlavə edib.
Bizim.Media