Azərbaycan Türkiyədəki səfiri Rəşad Məmmədov Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat səfirliyin “Twitter” səhifəsində paylaşılıb.
Qeyd edək ki, görüşdə hərbi attaşe və səfirliyin digər əməkdaşları da iştirak ediblər.
Görüşün sonunda səfir Fəxri kitaba imza atıb.
Bizim.Media