Xankəndi şəhərindən Şuşaya çıxan yolda qəza baş verib.
Bizim.Media xəbər verir ki, Rusiya sülhməramlılarının BTR markalı zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”lə toqquşub.
Qəza zamanı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Qeyd edək ki, bu barədə “Caliber” məlumat yayıb.
Bizim.Media
