Bu gün Ermənistanda növbəti dəfə hökumət əleyhinə etiraz aksiyası təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilib ki, saat 15:00-da müxalifətin böyük mitinqi nəzərdə tutulub. Onlar xalqı tətilə çağıracaq. İrəvanda keçiriləcək mitinqin əsas tələbi isə Baş nazir Nikol Paşinyanın istefası olacaq.
Mitinqdən sonra etiraz aksiyalarının genişlənəcəyi, ümumxalq tətilinə çevriləcəyi, bütün yolların bağlanacağı planlaşdırılır.
Qeyd edilib ki, aksiya iştirakçıları küçələrdə çadırlar qurmağı da nəzərdə tutub.
Bizim.Media