Fevralın 1-də Rusiya ordusu Ukraynanın Dnepropetrovsk bölgəsində avtobusa dronla hücum edib. Hücum nəticəsində 15 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” səhifəsində məlumat verib. O bildirib ki, hadisə Pavloqrad rayonu ərazisində baş verib.
Avtobusda olanlar mədən işçiləri olub, onlar növbədən çıxarkən dron hücumuna məruz qalıblar.



Bizim.Media