Tehranın şərqində keçirilən etiraz aksiyaları zamanı bir ailə faciə ilə üzləşib. Yerli mənbələrin məlumatına görə, Məryəm və Məcid Salehi adlı ər-arvad İslam Respublikası təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatlarını itirib.
Bizim.Media xəbər verir ki, cütlük aksiyada dinc şəkildə iştirak edib və hadisə zamanı birbaşa güllə yarası alıb. Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq məqsədilə xəbərdarlıq etmədən atəş açıb.
Bu olay yanvar ayında İranın müxtəlif şəhərlərində baş verən və “qanlı yanvar etirazları” adlandırılan hadisələr zamanı mülki əhaliyə qarşı tətbiq edilən zorakılığın nümunələrindən biri kimi qiymətləndirilir.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu repressiyalar nəticəsində onlarla ailə dağılıb, minlərlə insan həbs edilib və çoxsaylı mülki vətəndaş həyatını itirib. (Iran Wire)

Bizim.Media