“Rusiya Federasiyası zərurət yaranarsa, İrandakı “Bușehr” Atom Elektrik Stansiyasının (AES) əməkdaşlarını təxliyə etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə “Rosatom” korporasiyasının rəhbəri Aleksey Lixaçov bildirib.
O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ilə birgə İrandakı “Bușehr” AES-də çalışan rusiyalı personalın təxliyəsi üçün hazır olacaqlar:
“Vəziyyəti daim nəzarətdə saxlayırıq və Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqə şəraitində zərurət yaranarsa, təxliyə tədbirlərini həyata keçirməyə hazır olacağıq. Orada ümumilikdə təxminən 400 nəfər var”.
Eyni zamanda o vurğulayıb ki, hazırda bununla bağlı hər hansı konkret qərar yoxdur.
Bizim.Media