“İran münaqişə istəmir, amma mümkün müharibə halı üçün ölkənin idarə olunmasına dair plan hazırlayıb”.
Bizim.Media xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Rza Aref bildirib.
Onun sözlərinə görə, hakimiyyət 12 günlük müharibə ssenarisi üzrə iqtisadi planı təsdiqləyib və belə bir inkişaf üçün tam hazır vəziyyətdədir.
Aref əlavə edib ki, hazırda hökumətin müharibə dövrü üçün həm iqtisadi, həm də idarəetmə planı mövcuddur. Bununla yanaşı, o vurğulayıb ki, Tehran münaqişəyə can atmır və müharibənin tərəfdarı deyil, lakin ölkəni müdafiə etməyə hazırdır:
“Ümid edirik ki, bu plan heç vaxt lazım olmayacaq. Biz müharibəyə başlamaq istəmirik, amma özünümüdafiədən də yayınmayacağıq”.
Bizim.Media