Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan “Varçabend” adlı şəxsi musiqi qrupunu yaradıb. Qrupun adı erməni dilində “baş nazir” sözünün ilk iki hecası və “bend” (qrup) sözünün birləşməsindən formalaşıb.
Musiqi kollektivinin ilk çıxışı 30 yanvar tarixində İrəvanda baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Armenia Today məlumat yayıb.
Baş nazirin Instagram səhifəsində paylaşdığı videoda qrupun məşq prosesi əks olunub. Kadrlarda Nikol Paşinyanın baraban çaldığı görünür.
Bizim.Media