Xarkova gecə saatlarında edilən hücum nəticəsində 19 nəfər xəsarət alıb.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, bu barədə şəhərin meri İqor Terehov məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı “Şahed” tipli pilotsuz uçuş aparatları ilə ümumilikdə 25 zərbə endirilib.
Zərbələr əsasən şəhərin İndustrialnı və Nemyşlyanski rayonlarını əhatə edib. Hücum nəticəsində həm çoxmənzilli, həm də fərdi yaşayış evləri, eləcə də məcburi köçkünlər üçün nəzərdə tutulan yataqxana zərər görüb.
Zədələnən obyektlər arasında iki tibb müəssisəsi, o cümlədən doğum evi də var.
Hücum nəticəsində bir neçə ərazidə yanğınlar baş verib.
Biizm.Media