“Biz hesab edirik ki, ərazi bütövlüyünü qoruyan vahid Suriya bütün regionumuzun rifahı üçün zəruridir. Unutmayın, Suriya suriyalılara məxsusdur; o, kimliyindən asılı olmayaraq hamıya aiddir — istər ərəblər, türkmənlər, kürdlər, ələvilər, sünnilər və ya druzlar olsun”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri dövlət birliyinin möhkəmləndirilməsinin vacibliyini də qeyd edib:
“Bir dövlət — bir ordu” prinsipi ölkənin sabitliyi üçün zəruri şərtdir. Türkiyə bu prinsipin yaradılması və möhkəmləndirilməsinə yönəlmiş hər bir addımı tam dəstəkləyir.
Bizim.Media