İranın təhlükəsizlik əməkdaşları ölkə paytaxtı Tehranın müxtəlif məhəllələrində motosiklet və pikaplarla hərəkət edir, üzlərini gizlədir, nümayişkaranə reydlər aparır, havaya atəş açır, evlərin pəncərələrinə lazer şüaları yönəldir və yerli sakinləri təhqir edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə yerli sakinlər “Iran International” nəşrinə bildiriblər.
Qeyd edilib ki, təhlükəsizlik qüvvələri vətəndaşların evlərinə soxularaq peyk antenaları ilə yanaşı, sakinlərin peyk resiverlərini də müsadirə edirlər.
Bizim.Media