Ukraynada yerləşdirilən istənilən xarici hərbi kontingent Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf hesab olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib.
“Burada çoxmillətli qüvvələr də istisna deyil. Makron, Starmer və Zelenskinin Ukraynada belə qüvvələrlə bağlı bəyanatı nizamlanma prosesini pozmağa yönəlib”, — deyə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Bizim.Media