Türkiyədə son sutkada COVID-19-dan 236 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter"də paylaşım edib.
Nazir əlavə edib ki, ötən 24 saat ərzində 432 131 nəfər test edilib, onların 96 514-nün nəticəsi pozitiv çıxıb.
Həmçinin, hesabat dövrü ərzində COVID-19-dan 83 274 nəfər sağalıb.
Bizim.Media