İran hava məkanını bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma) yayımlayıb.
Bildirilib ki, əvvəlcədən icazə alınmış beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanı bağlanıb.
Qeyd edək ki, artan gərginlik fonunda bir sıra ölkələrin səfirlikləri İranı tərk edib. Üstəlik, ABŞ-ın Yaxın Şərqdəki bazalarında hərəkətlilik müşahidə olunur.

Bizim.Media