Putin Ukraynadakı müharibə naminə bütün müttəfiqlərini taleyin ümidinə buraxıb – Bloomberg

Rusiya Federasiyasının strateji müttəfiqləri ən məsuliyyətli məqamda dəstəyin olmamasından şikayətlənirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Mənbə qeyd edir ki, Rusiya lideri Vladimir Putin diqqətini Ukraynadakı müharibəyə yönəltdiyi bir vaxtda, Moskvanın dünyanın müxtəlif yerlərindəki strateji müttəfiqləri özlərini tərk edilmiş hiss edir və ən vacib anda dəstək görmədiklərini bildirirlər.

Nəşrin məlumatına görə, Venesuelada məmurlar artıq Moskva ilə uzun illər davam edən təhlükəsizlik sahəsindəki münasibətlərin sadəcə “kağız pələng” olduğunu düşünürlər.

“Məsələ təkcə bununla bitmir: son 13 ay ərzində Dəməşqdən Tehrana, Havanadan digər paytaxtlara qədər, əvvəllər Kreml ilə sıx əlaqələrdən faydalanan avtoritar rejimlər, ən çox ehtiyac duyduqları anda Rusiyanın dəstəyinin yetərsiz olduğunu anlayıblar”, – məqalədə qeyd olunur.
 

Suriya diktatoru Bəşər Əsəd Rusiya hərbi dəstəyinin zəifləməsindən sonra Moskvaya qaçıb. Kuba himayədarsız qalaraq humanitar böhranla üzləşib. Keçən il İran ABŞ tərəfindən bombardman edilib və indi ali dini lider Ayətullah Əli Xamenei həm genişmiqyaslı daxili etirazlarla, həm də ABŞ tərəfindən yeni hərbi əməliyyatlar təhlükəsi ilə qarşı-qarşıyadır.


Lakin Rusiyanın laqeydliyinin ən bariz simvolu Nikolas Maduro ilə bağlı vəziyyət ola bilər:

“ABŞ prezidenti Donald Trampın Maduronu devirmək niyyəti barədə dəfələrlə açıq bəyanatlar verməsinə baxmayaraq, Karakasdakı rəsmi şəxslər təhlükəsizlik məsələlərində güvəndikləri Kuba və Rusiya kəşfiyyat xidmətlərinin Venesuela lideri üçün mövcud riskləri və ya konkret təhlükə barədə hər hansı məlumat aşkar edə bilmədiklərindən şikayətlənirlər”.
 

Onlar, həmçinin, Rusiyanın S-300 və “Buk-M2” zenit-raket komplekslərinin Venesuelanın hava məkanının qorunmasında yetərsizliyinə diqqət çəkirlər. Məmurların sözlərinə görə, Rusiya bu sistemlərin operativ effektivliyinin təmin olunması üçün kifayət qədər texniki dəstək göstərməyib.


Venesuelanın kiber-müdafiəsinin də Rusiyanın texniki yardımından asılı olduğu bildirilir, lakin bu dəstək də yetərli olmayıb. Nəticədə ABŞ-ın kiberhücumları Karakasın böyük hissələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bununla da Venesuela, Kuba və Rusiya arasında təhlükəsizlik sahəsindəki tərəfdaşlığa olan etimad sarsılıb.

Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, Rusiya rəsmiləri Trampın Maduronun ələ keçirilməsi əməliyyatını davam etdirməsindən narazı qalıblar. Bununla belə, Kremlin mövqeyini bilən mənbə qeyd edir ki, hazırda Moskva üçün ABŞ-la münasibətlər Venesuela ilə münasibətlərdən daha önəmlidir.
 

Mənbənin sözlərinə görə, bu, Rusiya üçün nə fəlakətdir, nə də ciddi problem. Əvəzində İran daha ciddi məsələdir, çünki Rusiya ilə bu ölkə arasında əməkdaşlıq, o cümlədən hərbi sahədə əlaqələr daha güclüdür. Bununla belə, Rusiya açıq şəkildə İranı dəstəkləsə də, məhdud imkanları və Ukraynadakı müharibəni prioritet sayması səbəbindən Tehrana real yardım göstərməsi çətin görünür.


“Bu, Rusiyanın digər strateji tərəfdaşlıqları üçün də yaxşı vəd etmir və göstərir ki, Kreml üçün Ukraynada danışıqlar masasında güzəştə getmədən bütün məqsədlərinə çatmaq daha da vacibdir. Bu isə öz növbəsində Tramp üçün əldə edilməsi çətin olan sülh razılaşmasının bağlanmasını daha da mürəkkəbləşdirə bilər”, – Bloomberg yazır.

Hərbi ekspert Denis Popoviçin izah etdiyi kimi, İranda etirazlar Ukrayna üçün sərfəlidir. Çünki ölkədə rejim dəyişikliyi baş verərsə, Tehran Moskvaya “Şahed” pilotsuz uçuş aparatları və döyüş sursatlarının tədarükünü dayandıra bilər.

Bununla yanaşı, Atlantic Council qeyd edir ki, Kremlin ABŞ-ın himayəsi altında aparılan diplomatik səylərdə ciddi iştirak etməyə hazır olduğuna dair heç bir əlamət yoxdur. Əksinə, Rusiya vaxt qazanmağa və eyni zamanda öz işğalını gücləndirməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

End of content

No more pages to load

RADİO