Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyovun efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat” keçirilməsinin zəruriliyi barədə bəyanatını şərh edib.
Bizim.Media xəbər verir ki, Rubinyan bu barədə özünün “Facebook” hesabında paylaşım edib.
“İt hürər, karvan keçər. Bu halda it rusiyalı biznesmen Samvel Karapetyanın yaxın dostu Solovyovdur, karvan isə sevimli ölkəmizdir. O, geri dönüşü olmayan sülhə və inkişafa doğru irəliləyir”, – deyə Rubinyan yazıb.
Solovyovun müzakirələrə səbəb olan çıxışına dair kadrları təqdim edirik:
Bizim.Media