Xəbər verdiyimiz kimi, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Fransa prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçinin Ermənistana ekstradisiyasını alqışlayıb.
Bizim.Media xəbər verir ki, Fransa lideri bununla bağlı Tvitter hesabında paylaşım edib.
“8 erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Bir neçə ay sonra onlar ailələrinə qovuşdular. Bu əməliyyatda səfərbər olan diplomatlarımıza, eləcə də əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik!”, deyə o, qeyd edib.
Bizim.Media
