Yanvarın 7-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Dnepr şəhərinə hücum edib.
Hücum nəticəsində 10-dan çox çoxmərtəbəli yaşayış binası, peşə məktəbi, bir məktəb və iki uşaq bağçası zərər görüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şəhər meri Boris Filatov yayıb.
Onun sözlərinə görə, yüzlərlə pəncərə sınıb, bir sıra avtomobillər yanıb, bəzi ərazilərdə istilik şəbəkəsi zədələnib.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır. Xəsarət alanlardan bəzilərində qəlpə yaraları qeydə alınıb, digərləri isə güclü stress keçirib.
Hazırda şəhər üzrə dəymiş zərərin dəqiqləşdirilməsi davam edir.
Bizim.Media