Rusiya Müdafiə Nazirliyi Vladimir Putinin iqamətgahına doğru uçan Ukrayna dronlarından birinin görüntüsünü yayıb.
Bizim.Media xəbər verir ki, Rusiya MN-in yaydığı məlumata əsasən, sözügedən dron 6 kiloqram yüksək partlayıcı gücə malik maddə daşıyıb.
Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov gecə saatlarında Ukrayna hərbçilərinin Novqorod vilayətində Rusiya dövlət başçısının iqamətgahına zərbə endirməyə cəhd göstərdiyini açıqlayıb.
O bildirib ki, Kiyev bu məqsədlə 91 pilotsuz uçuş aparatından istifadə edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün dronlar məhv edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu iddiaları təkzib edib.
ABŞ prezidenti Donald Tramp da məsələyə münasibət bildirərək, baş verənlərdən əslində xəbərsiz olduğunu deyib. Bununla belə, onun fikrincə, Putinin iqamətgahına hücum hadisələrin mənfi inkişafına səbəb ola bilər.
Bizim.Media