Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik bölgəsinə səfərini dayandırıb.
Bizim.Media “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Paşinyan bu barədə Sünik bölgəsinin Qarakilsə şəhərindəki meydanda çıxışı zamanı deyib.
“Əminəm ki, Gorus və Qafana getsəm, eyni şəkildə qarşılanacağam. Ancaq heç nə olmaz, bu gün yox, növbəti dəfəyə qalsın. Gorus, Qafan, Mehri yerlərində qalacaq. Yolları qəsdən bağlayıblar ki, şəhər sakinləri ilə görüşüm reallaşmasın”,- deyə Paşinyan əlavə edib.
Bizim.Media