Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.
Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.
Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.
Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlqıdan məhrumetmə cəzası tətbiq edilir.
Bizim.Media