Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarını Almaniyaya səfər etməkdən çəkinməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
"Almaniya faktiki olaraq müəyyən millətdən olan insanlar üçün, həmçinin Rusiyadan olan şəxslər üçün hüquqsuzluq ərazisinə çevrilib. Biz ölkə vətəndaşlarını çox zərurət olmadıqca Almaniyaya səfər etməkdən çəkinməyə çağırırıq. Müvafiq tövsiyələr nazirliyin və xarici qurumların rəsmi resurslarında dərc olunub”, - Zaxarova qeyd edib.
Bizim.Media