“Ermənistan özgə bir ölkədə 26 il hakim olub”.
Bizim.Media xəbər verir ki, bunu "Antares" holdinqinin rəhbəri Armen Martirosyan feysbuk hesabında yazıb.
"Özgə bir ölkənin ərazisinə girdik, ev aldıq, ev tikdik, yeraltı sərvətlərini istifadə etdik. İndi ərazinin sahibi deyir: “Get!. Və biz isə cavab veririk ki, bu anlaşmaya daxil deyil”,- deyə Martirosyan qeyd edib.
O, Ermənistanın işğalçı siyasətini bu cür müqayisə edib:
“Bu sənin səviyyəndir? Masamı sizin evinizə qoysam xoşunuza gələrmi?",- deyə yazının müəllifi soruşur.
Qeyd edək ki, paylaşımdan sonra həm yazı, həm də müəllifin səhifəsi silinib.
Bizim.Media