Türk Hava Yolları (THY) 2026-cı ildən etibarən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç məlumat yayıb.
“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha bir addım atılıb. THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul uçuşlarına başlayacaq”, - Kılıç “X” hesabında yazıb.
Bizim.Media