Lyubertsı vilayətindəki “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov Rusiya Prezidenti Vladimir Putinə “birbaşa xətt” proqramından sonra maraqlı hədiyyə yollayıb.
Bizim.Media xəbər verir ki, o, Putinə vitrin məhsullarını - “pirojki” və digər bişmiş məmulatlar göndərib.
Maksimov bildirib ki, həmin gün prezident üçün xüsusi məhsul bişirməyə vaxt olmayıb.
Ona görə çörəkxanada vitrin məhsulları seçilib: kələmli, kartoflu, soğanlı və yumurtalı “pirojki”, təzə çiyələk və albalı ilə hazırlanmış qat-qat və pendirli piroqlar:
“Bu, bizim çörəkxanamız üçün böyük bir şərəfdir”.
O qeyd edib ki “Birbaşa xətt” proqramı saat 13:00-da başlayıb və bir neçə saat sonra prezidentə bişmiş məhsullar göndərilib.
Bizim.Media