44 günlük müharibə zamanı Azərbaycanın əzəli torpağı olan Qarabağdan Ermənistana qaçan ermənilər bu gün İrəvanda etiraz aksiyası keçirirlər.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, onlar Ermənistan hakimiyyətinin “minimal dəstəyindən” məhrum olunduqlarını iddia edirlər.
“Biz artıq kirayə haqqını, kommunal xərcləri ödəyə bilmirik”. Etirazçılardan biri belə deyib.
Məlumata görə, Qarabağdan qaçanların daha bir tələbi Ermənistan hakimiyyətindən qaçqın statusu almaqdır.
Bizim.Media