TRIPP layihəsi (“Tramp marşrutu” — red.) çərçivəsində Ermənistanın cənubunda tikiləcək 43 km uzunluğunda yeni dəmir yolu Rusiyaya məxsus Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) balansında olmayacaq.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan hakim partiyasından olan deputat, parlamentin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan bildirib.
“Ölkədə mövcud olan dəmir yolu xətləri CQDY-nin balansındadır. “Tramp marşrutu” çərçivəsində tikiləcək 43 kilometrlik dəmir yolu isə TRIPP şirkətinə məxsus olacaq (bu şirkətin layihə çərçivəsində yaradılması planlaşdırılır)”, — deyə o vurğulayıb.
Bizim.Media