“Ukraynada müharibəni Rusiya yox, Qərb başlayıb”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı deyib.
“Bizə elə gəlirdi ki, Avropa ailəsinin bərabərhüquqlu üzvünə çevriləcəyik, lakin əksinə, Rusiyaya təzyiqlər getdikcə daha da gücləndirildi. Biz əvvəlki kimi danışıqlara hazırıq və yaranan bütün problemləri sülh yolu ilə həll etmək istəyirik”, deyə o, qeyd edib.
Kreml sahibinin sözlərinə görə, “Qızıl unitazlar” Ukrayna dövlətçiliyinin dağılmaqda olduğunu göstərir:
“Demək olar ki, Rusiya ilə bağlı bütün qərarlar güc mövqeyindən qəbul olunurdu. Qərb müxtəlif istiqamətlərdə terrorçuları və separatçıları dəstəkləyib.
Bizə verilmiş vədlərin yerinə yetirilməsində israr edirik. Açıq şəkildə deyilmişdi ki, NATO-nun Şərqə doğru genişlənməsi olmayacaq, lakin buna məhəl qoyulmadı. Ukraynada yeni hakimiyyət cənub-şərq bölgələrini güc yolu ilə sıxışdırmağa başladı.
Rusiya öz suveren statusunu geri qaytardı və bunda Silahlı Qüvvələrin mühüm rolu oldu”.
O, Rusiya ordusunun gücündən də söz açıb: “Bizim ordu kimi “döyüş təcrübəsi olan” başqa ordu yoxdur”.
Putinin fikrincə, Ukraynada dezertirliklə bağlı 100 mindən çox cinayət işi açılıb, Ukrayna Silahlı Qüvvələri deqradasiyaya uğrayır.
Bizim.Media